Keyfiyyətli çapın və etibarlı tərəfdaşlığın ünvanı
MIR AY PRINT müxtəlif sahələr üzrə peşəkar çap və markalama xidmətləri təqdim edən müasir çap mərkəzidir. Fəaliyyətimiz ərzində müştərilərimizə yüksək keyfiyyət, operativ xidmət və etibarlı həllər təqdim etməyi əsas prinsip kimi qəbul etmişik.
Şirkətimiz seriqrafiya çapı, tampon çapı, UV çapı, lazer markalama, DTF çapı, sublimasyon çapı, tekstil üzərinə çap və promo məhsulların brendlənməsi sahələrində xidmət göstərir. Müasir avadanlıqlarımız və təcrübəli komandamız sayəsində müxtəlif materiallar üzərində dəqiq və uzunömürlü çap nəticələri əldə edirik.
Məqsədimiz müştərilərimizin məhsullarına əlavə dəyər qazandırmaq, brendlərinin tanınmasına və inkişafına töhfə verməkdir. Kiçik sifarişlərdən iri həcmli istehsalata qədər hər bir layihəyə eyni məsuliyyət və peşəkarlıqla yanaşırıq.

Vizyonumuz
MIR AY PRINT olaraq məqsədimiz çap və markalama sahəsində innovativ həllər təqdim edən, keyfiyyət və etibarlılığı ilə seçilən aparıcı şirkətlərdən biri olmaqdır. Müasir texnologiyaları daim tətbiq edərək müştərilərimizin gözləntilərini aşmaq, yerli və beynəlxalq bazarda tanınan brendə çevrilmək əsas vizyonumuzdur.
Məqsədimiz
Müştərilərimizə yüksək keyfiyyətli, operativ və sərfəli çap xidmətləri təqdim etməklə onların məhsul və brendlərinə əlavə dəyər qazandırmaqdır. Seriqrafiya, tampon çapı, UV çapı, lazer markalama, DTF çapı, sublimasyon çapı, tekstil üzərinə çap, kağız stəkanlar və plastik stəkanlar üzərinə çap xidmətlərimizi müasir texnologiyalarla həyata keçiririk. Qida, içki, reklam və promo sektorları üçün kağız və plastik stəkanların brendlənməsi sahəsində keyfiyyətli və davamlı çap həlləri təqdim edirik. Əsas məqsədimiz uzunmüddətli əməkdaşlıq qurmaq, etimad qazanmaq və müştərilərimizin uğurunda etibarlı tərəfdaş olmaqdır.
Dəyərlərimiz
Keyfiyyət
Hər çap işində dəqiqlik və uzunömürlülük.
Operativlik
Vaxtında və etibarlı təhvil.
Yenilik
Müasir texnologiya və yaradıcı həllər.
Tərəfdaşlıq
Uzunmüddətli, açıq və dürüst münasibət.
